AĞ Partiya ABŞ prezidenti Baydenin açıqlamasına münasibət bildirdi

Partiyanın Mətbuat Xidmətindən Agxeber.com-a verilən məlumata görə, açıqlamada deyilir:

1915-ci il hadisələrinin ildönümündə hər il olduğu kimi “erməni soyqırımı” səfsətəsi yenidən gündəmə gəlib. İlk növbədə qeyd edək ki, ABŞ prezidenti Baydenin bəyanatının heç bir hüquqi dəyəri yoxdur. Çünki soyqırımla bağlı hökm çıxaran yeganə orqan var, o da səlahiyyətli məhkəmələrdir. Buna ya “cinayətin” törədildiyi ölkənin məhkəməsi, ya da beynəlxalq ədalət məhkəməsi qərar verə bilər. Ona görə də dövlət başçılarının, tarixçilərin, vəya başqa ayrı-ayrı qurumların bəyanatlarının heç bir hüquqi dəyəri yoxdur. Bütün bunlarla yanaşı AĞ Partiya olaraq bildirmək istəyirik ki, “erməni soyqırımı” yalanı tarixə və bəşəriyyətə qarşı atılan böhtandır. ABŞ prezidenti Co Baydenin tarixi faktlarla üst-üstə düşməyən sözləri hər il təkrarlaması yalanları doğru etmir. Unutmaq olmaz ki, tarixi faktlar böhtanlarla dəyişdirilə bilməz. Biz bunu qətiyyətlə pisləyirik. Türk Milləti bütün ünsürləri ilə bölünməz bir bütövdür. Tarixin hər hansı mərhələsində sərhədləri çərçivəsində yaşayan heç bir etnikə qarşı ədalətsizliyə, ayrı-seçkiliyə yol verməmişdir və onlara münasibətdə ədalətli davranmışdır. Soyqırım qurbanları ermənilər deyil, onlar tərəfindən qətlə yetirilən günahsız insanlardır.
AĞ Partiya olaraq biz, erməni diasporasına xoş görünmək üçün bu ritorikadan istifadə edən ABŞ prezidenti Co Bayden və onun kimi düşünən bütün çirkin zehniyyətləri qınayır, onlardan bu əməllərindən geri durmağı tələb edirik!
174

DİGƏR XƏBƏRLƏR