Almaniya kansleri: “Hələ ki Ukraynaya səfər etmək niyyətində deyiləm”

Olaf Şolts

“Hələ ki Ukraynaya səfər etmək niyyətində deyiləm”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib. 

O, Ukrayna hakimiyyətinin Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri qəbul etməməsinin anlaşılmazlıq yaratdığını vurğulayıb. 

Qeyd edək ki, Almaniya Prezidenti və kanslerinin Ukraynaya birlikdə səfəri nəzərdə tutulurdu. Ancaq rəsmi Kiyev Rusiya ilə münasibətlərinə görə Frank-Valter Ştaynmayeri qəbul etməkdən imtina edib.

324

DİGƏR XƏBƏRLƏR