AĞ Partiya başqanı Tural Abbaslı ve partiyanın idarə heyəti işğaldan azad olunmuş ərazilərdə çəkiliş apararkən minaya düşərək şəhid olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışovun yaxınlarına başsağlığı verib. Həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Qeyd edək ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AZTV) işğaldan azad olunmuş ərazilərdə çəkiliş aparan əməkdaşları iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşüblər. Çəkiliş qrupunun olduğu nəqliyyat vasitəsinin hərəkət olan yolda tank əleyhinə minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov həlak olub.
AĞ Partiya AZƏRTAC və AZTV-nin şəhid olan əməkdaşlarının yaxınlarına başsağlığı verdi
4887