“Məşğulluq Agentliyi prezidentin 8 saat iş rejimi barədə xəbərdarlığını saymır”

 

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin Ərazi Məşğulluq Mərkəzlərində işləyən əməkdaşlara qarşı yerli və beynəlxalq qanunvericilik kobud şəkildə pozulur. Belə ki, respublika üzrə 22 Ərazi Məğulluq Mərkəzi var, bu mərkəzlərin bəzilərinin müdirləri orada çalışan əməkdaşları istirahət və bayram günləri qanunsuz şəkildə işə cəlb edərək Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini bilərəkdən ayaq altına atıb özbaşınalıq edirlər”.

Bunu Agxeber.com saytına Dövlət Məşğulluq Agentliyinin bir qrup əməkdaşı yazaraq bildirib:

Azərbaycan Respublikasının Əmək Məcəlləsində də göstərilir ki, istirahət (şənbə-bazar) və bayram günləri işçiləri işə cəlb edərkən bunun üçün əmr olmalıdır, işçilər ştat tabelinə imza çəkib həmin günlərin də maaşını almalıdır. Lakin ƏƏSM naziri Sahil Babayev və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa abbasbəyli məşğulluq agenliyinnin əməkdaşlarına qarşı baş verən bu kobud qanun pozuntularına göz yumaraq bu hallardan xəbərləri olduğunu göstərirlər.
Gündəlik normal iş vaxtının müddəti gündə 8 saatdan və həftədə 40 saatdan artıq ola bilməz. İş vaxtından artıq iş – işəgötürənin əmri və işçinin razılığı ilə əmək funksiyası müəyyən olnumuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetrilməsi sayılır.

İşçilərə iş vaxtından artıq vaxt ərzində və işçiləri bayram günlərində işə cəlb edilərkən maaşların hesablanma qaydası da Əmək Məcəlləsinin 109 və 164-cü maadələrində müəyyən edilib. Təsbit edilmiş aylıq maaş sistemində maaşdan əlavə günlük vəzifə maaşının məbləğindən aşağı olmamaqla (adi qaydada vaxtamuzd maaşının 200%)
Ümumi qaydaya görə istirahət, səsvermə,iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.

Azərbaycan Respublikasının prezidenti İlham Əlham Əliyev də 04 fevral 2020-ci ildə öz çıxışında xəbərdarlıq etmişdi ki, “İşəgötürənlər işçilərini istismar etməməlidirlər, işçiləri vaxtından artıq işlədirlər, bizim 8 saatlıq iş gücümüz var, ondan artıq heç kim işləməməlidir. Nazirlər Kabineti buna nəzarət etməlidir”. Buradan belə aydın olur ki, nazir Sahil Babayev və agentliyin sədri Mustafa Abbasbəyli Azərbaycan Prezidentinin bu xəbərdarlığını saymırlar, prezidentin sözlərini ayaqlar altına ataraq həm qanunvericiliyə həm də prezidentə qarşı addımlar atırlar.

Qanunlara və prezidentə hörmət qoymayan nazirlik və agentlik ölkə vətəndaşlarının hansı hüquqlarını təmin edə bilər? Bu addımlar əhalidə qanunlara və prezidentə qarşı etibarı zəiflətmək üçün atılmış addımlardır ki, bunu məqsədli şəkildə edirlər. Çünki, qanunvercilikdə konkret iş saatından və iş günlərindən artıq işçiləri qanunsuz şəkildə işə cəlb etmək tamamilə cinayət məsuliyyəti yaratsa da və ölkə başçısının işçilərin iş günlərindən artıq işə cəlb edilməməsi haqqında xəbərdarlıq etsə də nazirlik və agentlik rəhbərləri tamamilə zidd hərəkətlər edir, bu da əhalidə qanunvericiliyə və ölkə başçısına qarşı etibarı zəiflədir.

Əmək Müfəttişliyi nə üçün Dövlət Məşğulluq Agentliyində Əmək Məcəlləsinin kobud şəkildə pozulması hallarını araşdırmır? Əmək Müfəttişliyi bilmirmi ki, prezident işləyən insanların 8 saatdan artıq işə cəlb edilməsi haqqında xəbərdarlıqlar edib? Əmək Müfəttişliyi bir araşdırsın ki, Dövlət Məşğulluq Agentliyinin əməkdaşları neçə vaxtdır məzuniyyətə buraxılmır? Nazirlər Kabineti nə üçün prezidentin bu tapşırığını icra etmir?

Araşdırmalar onu göstərir ki, Dövlət Məşğulluq Agentliyinin 12, 15, 17, 20, 22 saylı və digər Ərazi Məşğulluq Mərkəzlərində işləyən əməkdaşların hüquqları xüsusilə kobud şəkildə pozularaq və qanunvericiliyə zidd olaraq iş saatlarından artıq, istirahət və bayram günləri işə cəlb olunurlar. Bu araşdırmalar digər mərkəzlər üzrə də aparılacaq. İstirahət və bayram günləri ya idarədə işlə cəlb edirlər, ya da özünüməşğulluq proqramı ilə məşğulluqdan vətəndaşlara verilən əmlakın vəziyyətini (heyvandarlıq və s) yoxlamaq üçün əməkdaşlara heç bir əlavə ödəniş ödəmədən, əməkdaşların öz hesabına ərazilərə göndərirlər. Və bu hallar uzun aylardır ki, davam edir. Nazir Sahil Babayev nazirliyin tabeliyində olan qurumda çalışan işçilərin hüquqlarının pozulmasına göz yumursa sadə xalqın hansı hüquqlarını bərpa edə bilər? Ölkə prezidentinin iş saatları ilə bağlı xəbərdarlığını qulaq ardına vuran hörmətli Sahil Babayev və Mustafa Abbasbəyli bu barədə xalqa açıqlama verməlidir ki, nə üçün işçilər istismar olunur?

Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəciməddinqızı bu məlumatları təkzib etməyə məcbur qalaraq belə halların guya baş vermədiyini bildirib. Sizcə, mətbuat katibi heç bu  məlumatı təsdiqləyərmi? Mətbuat katibi heç bur məlumatı araşdırdımı? Əsmər xanım bilməlidir ki, qanunsuzluğun üzərini örtməklə onu təmizləmək olmaz, onu kökündən təmizləmək lazımdır. Siz Ərazi Məşğulluq Mərkəzi filialallarının müdirlərinə belə bir tapşırıq verdinizmi ki, əməkdaşları istirahət və bayram günləri, iş saatıdan artıq işə cəlb etməyin?! Bəs cənab prezidentin xəbərdarlığını qulaqardına vuran, saymayan filial müdirlərinə kim dur deməlidir ? Heç maraqlanırsınızmı agentliyin təyin etdiyi müdirlər işçiləri “gestapo” rejimi ilə idarə edir? Təkzib verməklə deyil, bu qanunsuzluğu aradan qaldırmaq lazımdır. 
 
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov araşdırılması üçün göstəriş versin ki, Məşğulluq Mərkəzlərinin əməkdaşlarını istirahət və bayram günlərində ya idarədə işlədilir ya da özünüməşğulluq proqramı ilə əlaqədar vətəndaşların ünvanlarına göndərilir. Beləliklə işçilər 2 günlük istirahət günündən və bayram günlərindəki istirahətdən məhrum olunurlar. Üstəlik də 8  saatdan artıq işlədilirlər.

Qeyd edək ki, İnzibati Xətalar məcəlləsinin 198-ci maddəsinin 198.1.5. bəndinin pozulmasına  (normal əmək və istirahət rejiminə riayət edilməməsinə) görə beş yüz manatdan min manatadək məbləğdə cərimə nəzərəd tutulub. 

Bu qanunsuzluğu edən filial müdirləri məsuliyyətə cəlb edilməlidir və işlərindən uzaqlaşdırılmalıdır. İşçiləri bayram və istirahət günləri işə cəlb edən filial müdirləri qanunları pozmaqla bu cəsarəti kimdən və haradan aldıqlarını bəyan etməlidir. 
Dövlət Məşğulluq Agentliyi və Ərazi Məşğulluq Mərkəzləri heç kimin şəxsi mülki deyil və orada çalışan işçilər də heç kimin, hansısa harınlamış müdirlərin nökərləri deyil.
Cənab prezident hörmətli Sahil Babayevə açıq xəbərdarlıq etməlidir ki, bu qanunsuzluq aradan qalxsın? Dövlət Məşğulluq Agentliyinin rəhbərliyi olan şəxslər mərkəz müdirlərinə bu qanunsuz səlahiyyəti verərək, işçilərin istirahət hüquqlarının pozulmasına şərait yaradaraq gec-tez qanunlar qarşısında cavab verəcək. 

P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Agxeber.com

5753

DİGƏR XƏBƏRLƏR