Keçmiş deputat yeni partiya yaradır

Keçmiş deputat, Ana Dolidze yeni siyasi partiya yaradır. Ağ xəbər məlumat verir ki, bu barədə onun özü mətbuata müsahibəsində bildirib. Ana Dolidzenin sözlərinə görə, yeni partiya "Xalq üçün" adlanır və artıq partiyanın yaradılması üçün, imzatoplama kompaniyasına start verilib. "Ölkə əhalisinin əksəriyyəti kimi, biz də ölkədə yaranmış siyasi dalan vəziyətindən narahatıq. Parlament seçkilərində mübarizə apardığım konkret seçki dairəsində əhalinin 18%-i mənə etimad göstərdi. Buna görə də yeni siyasi partiya yaratmaq qərarına gəldim. Partiyanın başlıca məqsədi xalqın maraqlarına xidmət etmək olmalıdır və buna görə də ona "Xalq üçün' adı verdik,"-deyə Ana Dolidze əlavə edib. Qeyd edək ki, 2020-ci il parlament seçkiləri zamanı Tbilisinin Didube-Çuğureti seçki dairəsində mübarizə aparan Ana Dolidze seçicilərin 18%-nin səsini toplayıb.
16760

DİGƏR XƏBƏRLƏR