Türkiyə yeni uzaqmənzilli müdafiə sistemini sınaqdan keçirib
DÜNYA
09 mar 2021, 18:09
Türkiyə uzaqmənzilli və yüksəklikdəki hədəfi məhv edən hava hücumundan müdafiə sistemini sınaqdan keçirib. AG xəbər mətbuatıxəbər verir ki, bunu ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir tvitterdə yazıb. "HİSAR-A+ təhvil verildikdən sonra HİSAR-O+ orta yüksəklik hava hücumundan müdafiə sistemimiz ən son atışında bu günədək ölkəmizdə hazırlanan ən uzaq mənzil və ən yüksəkdəki hava hədəfini birbaşa vurub məhv edərək sınağını uğurla keçdi", - deyə o bildirib. Komitə sədri layihə üzərində birgə işləyən ASELSAN və "Roketsan" şirkətlərinə təşəkkürünü bildirib.