FHN-ə məxsus modul tipli hospitalda xadimə işləyənlər maaşlarının kəsintisindən şikayətçidir


Modul tipli hospitalda çalışan xadimələr maaşlarının kəsilməsindən şikayətlənir. 

Agxeber.com xəbər verir ki, bu barədə modul tipli hospitalda xadimə işində çalışan Verdiyeva Aygün şikayət göndərib. Şikayəti diqqətinizə çatdırırıq:

"Mən, Verdiyeva Ayün Mətləb qızı, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında xadimə işində işləyirəm. Məndən əlavə də 500 nəfər xadimə var. 400 manat maaş verilir bizə. Amma maaşımız 700 manat olmalıdır. Biz xadimələrə 400 manat verilir, qanpulunu şirkət mənimsəyir, bu halalca 400 manatımızə belə vermilər bu günə kimi. 120 manat qanpulumuzu vermirlər. Bu gün, sabah deyib vermilər. Bizi dövlətdən narazısalırlar. Biz dövlətimizə inanırıq. Cənab Prezidentdən xahiş edirik ki, açılışını etdiyi modul tipli hospitaldakı bu vəziyyətlə bağlı bizə kömək etsin."
 
5531

DİGƏR XƏBƏRLƏR