Tural Abbaslı özünə yeni köməkçi təyin etdi


Fevral ayının 13-də  AĞ Partiya İdarə Heyətinin növbəti iclası keçirilib. AĞ Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda partiya sədri Tural Abbaslı  sərəncam imzalayıb. Həmin sərəncama əsasən, ictimai fəal  Aslanov Mətləb Məhərrəm oğlu AĞ Partiya sədrinin  köməkçisi təyin olunub.
“Agxeber.com” Mətləb Aslanovun tərcümeyi-halını təqdim edir:
Aslanov Mətləb Məhərrəm oğlu 1993-cü ildə Naxçıvan MR  Culfa rayon Teyvaz kəndində anadan olub. 2010-cu ildə Naxçıvan şəhər H.Cavid 5 nömrəli orta məktəbini bitirib. 2010-2014 –cü ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsini bitirib. 2014-cu ildə təhsil aldığı ixtisas üzrə Almaniyada təcrübə keçib və müxtəlif serftikatlara layiq görülüb.  2014-2015–ci ildə Azərbaycan Respublikasi Mudafiə Nazirliyinin N saylı hissəsində hərbi xidmətdə olub. 2015-2017-ci illərdə e-comerce sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
2017-2019-cu ildə BƏƏ –də  "Mimelon DMCC" şirkətini təsis  edib.
2016-cı ildən Ağ Partiyanın üzvüdür
32399

DİGƏR XƏBƏRLƏR