Ələt qəsəbəsinin sakinləri küçələrin bərbad vəziyyətindən şikayətlənir

Ələt qəsəbəsində küçələrin bərbad olmasından şikayətlənən sakinlər saytımıza müracət ediblər.

Agxeber.com xəbər verir ki, bu barədə sakinlər küçədəki vəziyyətlə bağlı şəkillər də göndəriblər. Sakinlər bildirir ki, "
Bura Qaradağ rayonu Ələt qəsəbəsi, A.A.Muradov küçəsi, Salyan şosesi sayılır. 31 ildir  ki, bu zülmlə üz-üzəyik, nə Qaradağ bələdiyyəsi, nə də Qaradağ rayon icra hakmiyyyəti baxmır, düzəltmir. Dövlətin büdcəsindən vəsaitlər haraya gedir, nə üçün vətəndaşlar belə zülm çəkməlidir? Dövlətin büdcəsindən ayrılan milyonlarla vəsaitin bir hissəsini belə küçələri düzəlməyə sərf edilə bilməzdirmi? Qaradağ rayon icra başçısı, müavinləri və digər məsul şəxslər Ələt qəsəbəsini niyə unudub? Niyə biganə yanaşırlar? Gözləyirlər ki, cənab prezident bu küçəndən keçsin ondan sonra düzəltsinlər? Xahiş edirik bu biabırçı vəziyyəti aradan qaldırsınlar"






3764

DİGƏR XƏBƏRLƏR