Qazimiz biganəlikdən şikayətlənir


Agxeber.com xəbər verir ki, Vətən müharibəsi qazisi biganəlik göstərilməsindən şikayətlənir. Qazi Həsənov Seymurun saytımıza müraciət edərək şikayətinin işıqlandırılmasını xahiş edib. Həsənov Seymurun şikayətini olduğu kimi diqqətinizə çatdırırıq:

Mən, Həsənov Seymur Telman oğlu, 2013-cü ildən MAHHXQH xidmət edirəm. İkinci Qarabağ - Vətən müharibəsində Ali Baş Komandanın göstərişi ilə hamı kimi mən də döyüşlərə qatıldım. Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı rayonları və Hadrut qəsəbəsinin azad olunmasında feal iştirak etmişəm. Bir tankçı olaraq axırıncı hücum nəticəsində düşmənin əks hücumunun qarşısını alaraq düşmənin 7 tank,1 BMP, 100-dən çox canlı qüvvəsinin qarşısını alıb onları 4 saat saxladıqdan sonra düşmən atəşi nəticəsində vurulmuşam. Bütün bunlara baxmayaraq mənı baxmırlar, heç bir medalla təltif olunmamışam, bir gözüm görmür, qapalı kəllə beyin travması almışam, bədənimdə qəlpələr var, 3 aydır ancaq məzuniyyət verib evə göndərirlər, heç bir dərman verməyiblər, bundan əlavə bildirmək istərdim ki, anam yataq xəstəsidir, o da mənim himayəmdədir. Atam vəfat edib, 3 körpə övladım var, kirayədə yaşayıram, kirayə pulumu da kəsiblər. İndi  bilmirəm derdimi kimə deyim, təssüf ki, tez unudublar məni. Axı mən də bu Vətənin oğluyam,  Vətən üçün, dövlət üçün canımı qoymuşam. İndi xahiş edirem, siz deyin mən nə edim? Hal-hazırda Ağstafa şəhərində, ata yurdunda 8 nəfər yaşayırıq. Bizim bir dövlətimiz var, o da Azərbaycandır. Bizi dövlətdən narazı salmağa çalışanlar cəzalandırılmalıdır! 

Agxeber.com
1336

DİGƏR XƏBƏRLƏR