Beyləqan sakini əkin sahəsinin əlindən alındığdan şikayətçidir

Картинки по запросу "beyləqan"
Agxeber.com xəbər verir ki, Beyləqan rayon sakini redaksiyamıza şikayət ünvanlayıb. Həmin şikayəti diqqətinizə çatdırırıq

  Mən, Tarverdiyev Məmməd Tarverdi oğlu, 30 ildən artıq Beyləqan rayonunda yerləşən (köhnə adı ) Dostluq qoyunçuluq sovxozunda, indiki Azəraqrar Aran Mərkəzi Regional idarəsində müxtəlif vəzifələrdə işləmişəm, sonra vəzifəm ixtisara düşdüyü üçün işdən çıxmalı oldum. Həmin təsərrüfat ixtisara getmədiyi üçün torpaqları dövlət icarə müqaviləsi ilə vətəndaşlara verir. Bizim də 8 ha torpagımız var idi, 5 illik müqavilə ilə. Onu da deyim ki, bu ilin fevral ayında kənd təsərrüfatından evimizi girov qoyub güzəştli kredit götürmüşük. İribuynuzlu heyvan alaraq heyvan sayını  23-ə çatdırmışdıq. İndi həmin torpaqlar əlimizdən alınıb, həmin idarənin müdiri Hikmət Ağayev tərəfindən təsərrüfatımız pis vəziyyətdədir. Hikmət Ağayev nə üçün vətəndaşı dövlətdən narazı salır? Bu qüdrəti haradan alır? O, adi məmur deyilmi?
   Onu da deyim ki, 31 yeşik arı ailəsi də saxlayırıq, dövlət tərəfindən şəhadətnaməsi də var. İndi biz hara, kimi müraciət edirik, baxan yoxdur. Hər ay məcbur qalaraq heyvanın birini satıb kredit borcumuzu ödəyirik, budurmu Azərbaycanda sahibkarlara dəstək, kömək? Qeyri-neft sektorunu beləmi inkişaf etdirirlər? Belə çıxır ki, bizə bu problemi yaradanların məqsədi qeyri-neft sektorunu inkişaf etdirmək yox, məhv etməkdir. Görünən dağa nə bələdçi? Bu sabotajla məşğul olan məmurlar iqtisadiyyatımızı, kənd təsərrüfatımızı məqsədli şəkildə məhv edirlər. 
  Nəzərinizə çatdırm ki, bir bizim sahəmiz əlimizden alınıb, onlarla vətəndaşın torpağın fermeri onlardan hesab alınır deyə bir söz deyən yoxdur.  Biz kimə muraciət edək, belə haqsızləq olmaz axı! Kimə rəsmi məktub yazırıq cavab verən yoxdur. 2019-cu inam Kərimov Beyləqanda vətəndasları qebul edərkən atam qebulunda oldu. Düzdür, xoş qarşıladı, dinlədi, tapşırıq verdi ki, bizim işimizi qaydasına qoysunlar amma nə xeyri, söz orada da qaldı. Problem aradan qaldırılmadı. Bizim bir dövlətimiz var, o da Azərbaycan dövləti. Biz dövlətimizdən çətinliklərin aradan qaldırılmasını, problemlərin həll edilməsinə ümid etməyək, bəs haraya edək? Axı nə üçün vətəndaş dövlətdən məqsədli şəkildə narazı salınır? 


Agxeber.com
4348

DİGƏR XƏBƏRLƏR