Ramin Əbilov: Ölkədə ciddi maxinasiya ilə məşğul olan dövlət qurumlarının başında Dövlət Gömrük Komitəsidir gəlir


"Agxeber.com"
xəbər verir ki, AĞ Partiya başqanın müşaviri Ramin Əbilov sosial şəbəkələrdə Dövlət Gömrük Komitəsini sərt tənqid edən status yazıb.  Onun yazdıqlarını diqqətinizə çatdırırıq: "Ölkədə ciddi maxinasiya ilə məşğul olan dövlət qurumlarından biri də və ya birincilərdən olanı da Dövlət Gömrük Komitəsidir! Dövlətin qoyduğu planı “yerinə yetiririk” adı altında Gömrük Orqanlarının əməkdaşları vətəndaşın, kiçik və orta sahibkarın dərisinə saman təpir! Bu da azmış kimi, görünür real yığılan “rüsumların” da hamısı büdcəyə getmir! Yəni, büdcəni doldururuq adı altında, dolayı yolla büdcə talanır.
2019 idxalat rəqəmlərinə görə sadəcə istehlak məhsullarının (supermarketdə satılan məhsullar) dəyəri 4 milyard dollardır. Bu toplam idxalın 33%-dir. Bu kateqoriyaya girən məhsullar 15% rüsum kateqoriyasına daxildir. Çəkiyə görə hesablandığında(0,33*0,15), sadəcə bu kateqoriya ortalama rüsuma 4,95% qatqı verir. Halbuki, büdcəyə 900 mlyon daxil edən DGK-nin ortalama rüsum faizi 4,4% çıxır. Arada itən 0,55% , yəni 113 milyon manat hanı?!
Qeyd: Sadəcə istehlak mallarını rüsumla qəbul edib qalan 67% -i 0% ilə nəzərə aldıqda bu mənzərə alınır. Halbuki belə deyil. İdxalatın yerdə qalan 67%-i də..., 3%, 5%, əsasən də 10% və 15% idxal rüsumu ilə rəsmiləşdirilir.
Sual: Ölkəyə idxal olunan 67% malların rüsumları HANI???
Rəqəmin neçə yüz milyon olduğunu riyaziyyat və fərasət əhlinin öhdəsinə buraxıram.
559

DİGƏR XƏBƏRLƏR