Rəcəb Tayyib Ərdoğan azərbaycanlı xanımları qəbul etdi – Qarabağ məsələsi ilə bağlı – Foto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik (TADİV) Dərnəyinin sədri, professor Aygün Attarı və "Star" qəzetinin köşə yazarı Sevil Nuriyevanı Qarabağ məsələsi ilə bağlı qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Avropa.info-ya verilən məlumata görə, İstanbuldakı Vahdettin köşkündə qəbuldan sonra professor Aygün Attar bildirib ki, səmimi atmosfer mühitində keçən görüş zamanı Türkiyə Prezidenti ölkəsinin Azərbaycana mənəvi dəstək göstərilməsi məsələsində qətiyyətli olduğunu və güclü həmrəyliyini bir daha təsdiqləyib.

TADİV sədri 1918-ci ildə Osmanlı Dövlətinin ən çətin zamanlarında Qafqaz İslam Ordusunun Bakını işğaldan qurtarması üçün göstərdiyi dəstəyin Azərbaycan xalqı tərəfindən heç bir vaxt unudulmayacağına və indi də həmin ruhun mövcud olduğuna tam əminliyini ifadə edib.

548

DİGƏR XƏBƏRLƏR