RAMİN ƏBİLOV

Qərbin könüllü kölələri

Qərbin könüllü kölələri

RAMİN ƏBİLOV
Hollandiya fahişələrini xanım, Azərbaycan qadınlarını qul, kölə adlandıran məxluq kimdir?! Bu, Azərbaycan hakimiyyətində təmsil olunanda, baş verən haqqsızlıqlara qarşı səsini belə çıxarmağa cəsarəti çatmayan, işdən qovulandan sonra isə birdən xalqını sevən obrazına girən Nahid Cəfərovdur! Hər fürsətdə milli-mənəvi dəyərlərimizə saldıran bu virusları hamımız yaxşı tanımalıyıq! Bunun kimi populist, riyakar, avantürist və sapıqlardan xalqa fayda olmaz! Bütün azərbaycan qadınlarını qul və kölə adlandırmaq, hələ-hələ də efirdən publik şəkildə, aşağılayıcı ton və mimika ilə bunu etmək, böyük bir qələtdir, yanlışdır, üzr istənməsi gərəkən  bir haldır! Hər şeydən əvvəl hələ etik qaydalara görə bu yolverilməzdir. İkincisi Azərbaycan qadınını bu kimi aşağılayıcı tonla təhqir etməyə, heç kim sizə nə səlahiyyət, nə də ixtiyar verməyib, verə də bilməz! Bunu edən adamda demək ki, nə tərbiyyə var, nə də əxlaqdan əsər-əlamət. Siz öz ailənizdəki, qohum-əqrabanızdakı, hətda nəslinizdəki qadınlara qarşı olan qul, kölə müamiləsini və münasibətini, bütün azərbaycan qadınlarına şamil edə bilməzsiniz! Çünki bizim dəyərlərimizə görə, qadın bizi dünyaya gətirən, tərbiyyə edən və uğrumuzda hər şeyini, hətda canını belə verməyə hazır olan varlıqdır. Bizə görə xanımlar bizim sevinc mənbəyimiz, çətin günlərimizdə mənəvi dayağımız, ömür-gün yoldaşımız və sirdaşlarımızdır. Bizim üçün qadınlar, məxsusən də analar, şəfqət qəhrəmanları, fədakarlıq simvoludur. Bu dediklərim, bizi anlayan, milli-mənəvi dəyərlərə sahib, mühafizəkar kəsimə aiddir. Sizin kimi materialist, hər şeyi maddiyyatla ölçən, maddi mənfəət üçün hər şeyi ayağlar altına alan, qurban verməyə hazır olan, mənəvi dəyərləri anlamayanlar üçün deyil. Belə olmasaydı, zahirən “qadına sahib çıxaraq”, əslində onu əşya qədər alçaldıb, onu qazanc mənbəyinə çevirməyi təbliğ etməzdiniz. Fahişəliyi liberallaşdıraraq, əslində bu yolla onları vergi ödəməyə məcbur etmək və “Qadın alverini” turizmə çevirmək , qadınlardan pul qazanmaq məqsədinizi gözəl başa düşürük. Budur sizin qadına verdiyiniz dəyər! Sizin bir çoxunuz etiraf edirsiniz ki, mənəvi dəyərlərin nə olduğunu anlamırsınız! Heç anlamağınız mümkün də deyil. Sizlər yalnız maddi olan şeyləri, heyvan kimi, cisim gözü ilə seyr edə bilən iki ayaqlı canlılar, zavallılarsınız! Maddi şeylər, cisim gözü ilə görünər (daş, divar, torpaq, dəniz, dağ, maşın, ev və s.), mənəvi aləm və mənəvi məsələlər duyulur, hiss olunur və ağıl gözü ilə görülür. Mənəviyyat var, mövcuddur, lakin hal və davranışlar nəticəsində təzahür edər. Öncə insanda olması gərəkən mənəvi dəyərlərə baxmaq lazımdır: ədalət, şəfqət, hikmət, səmimiyyət, səxavət, mərhəmət, təvazökarlıq, dürüstlük, fədakarlıq, ləyaqət, şərəf, izzət,  iffət, həya, əxlaq, vicdan və s. Bu toplu insani keyfiyyətlərə, mənəviyyat, mənəvi dəyərlər deyilir. Sizin oxuduğunuz universitetlərdə və maddi fəlsəfədə isə bunlar dərs tədris edilmir  “cənab liboşlar”! Mənəviyyatsız, irfansız elm isə, yetişdirsə-yetişdirsə sizin kimi HEDONİST və EQOİST yetişdirə bilər! "Qul və kölə olan birisi azadlığı aşılaya bilməz”, - deyir, qadınlarımız haqqında bu zavallı. Məntiqsiz arqumentdir. Bu məntiqlə yanaşsaq, o zaman quldarlıq dövrü sona yetməməli idi. Qul azadlığa daha çox can atar. Məhz qul olan və ya qul müamiləsi görən insan, bu halı dəyişməyə can atar. Necə ki, ac insan yeməyə daha çox iştahlı olar, susuzluqdan yanan insan daha çox su içmək istəyər. Yox əgər bir qadın bu halından məmnundursa (sevə-sevə, şəfqətlə öz övladlarının, həyat yoldaşının qayğısına qalır, xidmətində durursa) kiminsə o qadına qul, onunla qul kimi davranırlar deməyə haqqı yoxdur. Bunu iddia etmək ən azından tərbiyyəsizlikdir! Çünki hər toplumun, hər xalqın öz örfü, adətləri, dəyərləri və instututları var. Bizim toplumun, xalqın da institutlarından biri ailə institutudur. Bu gün sizin kimi “liboşlar” var gücü ilə bu institutu dağıtmağa məhv etməyə çalışırsınız. Amma əmin olun ki, İnşaAllah bacarmayacaqsınız. Sadəcə, sizin kimi barmaqla sayılacaq qədər sapıqlar özləri ailəsiz, ocaqsız qalacaq!
ALLAH yar və yardımçımız olsun.

MÜƏLLİFİN DİGƏR YAZILARI