Keçən dəfə Qarabağda “Zülqərneyn” olmaq haqqında bir yazımda bəzi məsələlərə aydınlıq gətirmək istədim. Ancaq görürəm ki, hələ də aşırıqlıqlar içərisində itib gedirik. Hamımıza məlumdur ki, bir aya yaxınlaşır ki, savaşdayıq. Artıq savaş ölkəmizin sərhədlərini də aşıbdır. Artıq ermənilərlə biz fəal qarşılıqlı güc tətbiqindəyik. Savaş şəraitlərində insanda fitri olaraq öz xalqına bağlılıq yaranır. Daha doğrusu bağlılıq və fədakarlıq artır. Millətsevərlik çoxalır. Bu, bəzi inanclıları qorxudur. Buna da səbəb müəyyən ayə və hədislərdə irqçiliyin qadağan edilməsidir.
Bəli, irqçilik həqiqətən də qadağandır. Hər hansı isə bir millət digərindən üstün deyildir. Heç bir millətin dilini qadağan etmək olmaz. Heç bir xalqa qarşı qətliam həyata keçirmək olmaz. Heç bir xalqı aşağılamaq olmaz. Amma başqa xalqları aşağılamadan bir insan öz qan qohumlarına, öz həmvətənlərinə, ailəsinə olduğu kimi məhəbbət duyursa bu heç bir zaman qadağan edilməmişdir. Bu fitri bir hissdir. Insan fitrəti ilə savaşmaz bu din. Müəyyən səbəblərdən kiçik yaşında gözü önündə onun atasını döyənə, təhqir edənə də insanın daşıyıcı bir nifrət yaşaması təbiidir. Bacısının saçlarından tutub yerlə sürüyüb ona sataşana nifrətini qəlbində daşıması təbiidir. Bunu ancaq düşmən ixlasla müsəlman olması və zülmünü tərk etməsi ortadan qaldıra bilər. Lakin sənin qarşındakı xaçlı ideologiyasını bütün iyrəncliyi ilə mənimsəyərkən, Insanlıqdan, mərhəmətdən heç bir payı olmadığı bir halda ona qarşı fitri hisslərdən doğan oyanış nə üçün irqçilik olsun ki. Hə, ola bilər bu oyanış daxilində kimsə islami prinsiplərə zidd olan bir hərəkət edər. O əməldən uzaq olmaq millətsevərliyi inkar etməkləmi ortadan qaldırılır.
Allah insanların hidayətinə səbəblər yaradır. Bu səbəblərin ardıcıllığına diqqət edə bilməyənlər məsələləri təhlil edə bilməyənlərdir. Bu gün Azərbaycanda alnını Rəbbi önündə səcdəyə qoyanların əksəriyyəti üçün hidayətin yaradılan ilk səbəbi Qarabağ məsələsi oldu. İndi ola bilər ki, məhz bu cümləmi oxuyanlar hiddətlənsin ( müəyyən qismi nəzərdə tuturam ) .
1987-ci ildə Ağanbekyan fransız jurnalına müsahibəsini verdi. Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, akademik. Dedi ki, Dağlıq Qarabağ Ermənistana verilməlidir. Və başladı. Azərbaycanlıların qovulması, meydan hərəkatı və azadlıq! Savaş davam edirdi. Amma yeni ictimai mühit islamın ölkəmizdə təbliği üçün zəmin oldu. Ölkəmizə yardıma gələnlər yadınızdadırmı? Ərəb şəhərcikləri yadınızdadırmı? Gülbəddin Hikmətiyarın zamanında bizi müsəlman gördüyü səbəbilə gələn əfqanlar unuduldumu? Şuşada savaşmış, sonra Rusiyanın terrorçu olaraq elan etdiyi çeçen qardaşlarımız unuduldumu? Bütün ictimai siyasi proseslər insanlarda islama, dinə, duaya ehtiyac yaratmadımı? Təbliğin önünü açmadımı. Allahın qədəri ilə.
Millətsevərlik duyğuları bizdə bir millət olaraq islami damarı açdı. Təbii ki, bir qismimizdə. Yaşlı möminlər içərisində kifayət qədər Qarabağ qazisi və hərəkat adamı vardır.
Doğrudur, sonra peyda olan bəzi islamsız millətçilər də oldu. Tində bucaqda danışan, amma ilk illərdə islamla savaşını açıq üzə vurmağa cəsarət etməyənlər. Onların da dilə gəlməsinə Qərbin pulları ilə ortaya çıxan liberallar səbəb olmadımı?
İslam millətsevərliyi deyil, irqçiliyi qadağan edir. Məsum insanların qətlini, həddi aşmağı qadağan edir. Bəli, insanın şərəf həddi aşılmamalıdır. Düşmənçilik edəndə də qarşındakının şərəfini alçaltmaq bizim Kitabımızda yoxdur.
Amma millətsevərlik ananı sevməklə eyni hissdir. Məgər sizə Bakıda bölgənizin ləhcəsi, xaricdə də Azərbaycan türkcəsində səslənən bir söz şirin gəlmirmi? Əgər fitrətiniz pozulmayıbsa gəlir.
Ona görə də, Qarabağ bizim hidayət səbəbimizdirsə Allahın hökmü ilə, millətimiz üçün də zəfər, qələbə və nurun tamamlanması olmazmı? Olar! Həmçinin bütün yad ideolojilərin, ateizmin, deizmin, ultra-liberalizmin, əxlaq inkarının, LGBT-nin yolunu bağlamazmı? Sivil qaydada öz kimliyimizi xalqımıza nümayiş etdirməyə imkan verməzmi?
Eh Zülqərneyn, bəziləri sənin kimi olmaq istəmir. Sən yardım etdiyin xalqdan heç nə soruşmadın, sadəcə Rəbbini xatırlatdın və o xalqı düşmənə qarşı işə səfərbər etdin. Allah sənin kimiləri bizə də versin. Amin
Azər Hüseynov.
Tarixçi yazar. Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti
Agxeber.com