SƏDDAM NƏCƏFOV

Qarabağ münaqişəsi Rusiya üçün fəlakətin başlanğıcı ola bilər

Qarabağ münaqişəsi Rusiya üçün fəlakətin başlanğıcı ola bilər

SƏDDAM NƏCƏFOV
Əzəli Azərbaycan torpaqları olan, hazırda isə Ermənistanın Azərbaycanla dövlət sərhəd xəttində son günlərdə yaşanan olaylar çox ciddi və eyni zamanda da təhlükəli hal ala bilər. Əlbəttə ki, hər nə qədər Azərbaycan üçün təhlükə yaransa belə qarşı tərəfdə duranlar üçün daha təhlükəli sonluqla nəticələnə bilər. Bunun səbəbi isə bu məsələdə birbaşa maraq güdən ölkə kimi Rusiyanın artıq nə Çar Rusiyası nə də Sovet Rusiyası gücündə, qabiliyyətində olmamasıdır. Dövlətlərin varlığını sürdürmə səbəbi üçün dövlətçilik ənənələri nə qədər önəmlidirsə, iqtisadi və hərbi məsələləri də bir dövlətin var olması üçün həyati dərəcədə önəm kəsb edən məsələdir. Hazırki Rusiya Federasiyası dövlətçilik baxımından hər nə qədər zəngin ənənəyə malik olsa da, iqtisadi və hərbi baxımından artıq bunu söyləmək elə də asan deyil.

Hazırda rus hərbi arsenalına nəzər yetirsək bəzi yeni silahlarla yanaşı böyük üstünlük Sovet dönəminin kəşfləri olaraq qalır. İqtisadi baxımdan get-gedə zəifləməsinin başında isə qısa olaraq desək qərb ölkələri, başda da Amerika Birləşmiş Ştatları olmaqla Rusiyaya qoyulan sanksiyaları diqqətə çatdırsaq hələlik kifayət edər. Bundan əlavə Sovet hökuməti özünün və öz dövrünün yüksək rifah səviyyəsinə çatmağa nail olmuş, sonradan isə bəlli zamanda dağılmağa məhkum olmuşdu. Onun varisi Rusiya dövlətində isə davamlı yüksəlişi kənara qoyaq, hətta daxili, xarici siyasətində eyni zamanda da bütün sahələrdə az qala geriləmə var. Bundan əlavə Rusiyanın yaxın şərqdə Türkiyə ilə girdiyi savaşlarda həm siyasi həm hərbi meydanında biabrçı məğlubiyyətə düçar olması da bu geriləməyə bir də zədələnmiş hərbi imicinidə əlavə etdi. İmic dediyimiz həm də Rus xalqı üçün onu tarix boyu ayaqda tutan, bununla qürurlandıran bir dəyərdir.

Amma Osmanlı varisi Türkiyə Cumhuriyyətinə bunu şamil etmək olmaz. Gedən prosseslər və bugünki Türkiyə Cumhuriyyətin bütün sahələr yürütdüyü siyasət bunu deməyə əsas verir ki, bu dövlət artıq özünün düşüş dövrünü yaşayıb, səhvlərindən nəticə çıxararaq bir yüksəliş dövrünə qədəm qoyub. İllərin düyünü Qarabağ məsələsi isə axır əvvəl çözülməlidir. Beynəlxalq təşkilatların tələbi, istərsə də humanizm prinsipləri naminə bu məsələnin çözülməsində sülh yolu üsdün tutulsa da ən real görünən çıxış yolu isə hərb yoludur. Əvvəla ona görəki nə Ermənistan cəmiyyəti nə də Ermənistan rəhbərliyi Azərbaycanın bu tarixi ata-baba yurdlarını sülh yolu ilə qaytarmaqda maraqlı deyil. Həm də bu münaqişənin yaranma səbəbindən, bugünki günə qədər gəlib çatmasında üçüncü ölkələrin maraqları kəsişir. Əlbəttə ki, bu məsələdə ən çox marağı olan tərəf isə hamı bildiyi kimi Rusiya tərəfidir. Rusiya faktorunun bu məsələdəki marağını təbii ki, bölgəyə hakim olma, həm də bu yolla bəlli dövlətlər üzərində öz təsirini qoruyub saxlamaqla dünyaya bir güc göstərisi kimi qiymətləndirmək olar. Azərbaycana qarşı istifadə olunmaq üçün Qarabağ münaqişəsi əlverişli yol olaraq qalmalı idi bəlkə də. Lakin dünyada gedən siyasi prosseslərin fonunda artıq bu münaqişə Rusiya üçün bir fəlakətin başlanğıcı ola bilər. Təbii ki, də fəlakət Osmanlının varisi Türkiyə Cumhuriyyətidir. Türkiyənin Qafqaza təsir gücünün gedərək az olmasını nəzərə alsaq, o zaman bilməliyik ki, Qarabağda Türkiyənin də iştirakı ilə uğurlu hərbi əməliyyatlar nəticəsində düşmən tapdağından azad olunması Azərbaycandan sonra həm də Türkiyəyə lazımdır. Çünki bu uğur zatən Suriya və Liviyada Türkiyə dövləti qarşısında istər siyasi istərsə də hərb meydanında rüsvay olmuş Rusiyanın mövqelərinə çox ciddi zərbə olmaqla yanaşı eyni zamanda Rusiya dövlətinin fəlakətinin başlanğıcı olacaq. Çünki bu uğurlu əməliyyatlar tək Azərbaycan deyil, digər türkdilli dövlətlərlə yanaşı MDB yə daxil olan digər dövlətlərdə də artıq Türkiyə siyasi, iqtisadi təsirini artırmaqla yanaşı Rusiya dövlətinin mövqelərinin zəifləməsində də önəmli rola malik olacaq. Məhz bu səbəbdən deyə bilərik ki, bu zamana qədər Azərbaycana əsas təhlükə sayılan Şimal qonşusu üçün Qarabağ kartı artıq bir fəlakətə çevrilə bilər.

MÜƏLLİFİN DİGƏR YAZILARI