ƏHƏD MƏMMƏDLİ

Liviyada nə baş verir: "sərkərdə" Xaftarın sərgüzəştləri

Liviyada nə baş verir: "sərkərdə" Xaftarın sərgüzəştləri

ƏHƏD MƏMMƏDLİ

Vişke bölgəsindən sonra Sirte şəhərinin də azad olunduğu haqqında xəbərlər gəlir. Paytaxt Tripolidən 450 km şərqdə, Aralıq dənizinin sahillərində yerləşən Sirte şəhəri strateji əhəmiyyətə malikdir. Bundan əvvəl isə Türkiyənin dəstəyi ilə Liviya Milli Barışıq Höküməti paytaxt Tripoli və ətraf bölgələrini tam nəzarətə alıb. Bu arada, özünü feldmarşal, general, prezident və daha nə bilim nə adlandıran Xaftarı (bir qalıb, Stalin kimi özünü generalisimus adlandırsın) yaxın adamlarından olan briqada generalı İdris Madi tərk edib və baş nazir Faiz Sərracın tərəfinə keçdiyini elan edib. Batan gəmini yavaş-yavaş tərk edirlər...
Liviyanın BMT-dəki daimi nümayəndəsi Tahir əs-Sunni, bədnam Xəlifə Xaftarın məğlub olduğunu elan edib. Bu Xaftarın kimliyi haqqında biraz sizə məlumat verim. Xaftar, Qəddafi ilə birlikdə 1969 ildə Liviyada hərbi qiyam edənlərdəndir. Çad ilə müharibədə əsir düşüb. Sonra azad edilib, Amerikaya göndərilib. Orada Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) verbovka edilib. Liviyaya qayıdandan sonra, Rusiyanın qulluğuna keçib. Yəni hər kəs tərəfindən vaxtaşırı istifadə edilib. Bu işlənmiş material Xaftar siyasi fahişə olması ilə bərabər, eyni zamanda da bir hərbçi kimi də uğursuzdur. Çad ordusu tərəfindən əsir düşən "sərkərdə Xaftar" indi də vətəni Liviyada dərmə-deşik olmaqda davam edilir... Xaftarın iki yolu qalıb. Ya Qəddafi kimi kanalizasiya lyukunda öldürülməsi, ya da Haaqa tribunalında məhkum edilməsi. Hər yerdə bütün vətən xainlərini bu cür aqibət gözləyir!
Liviya adlanan coğrafiya tarixən Tripolitaniya və Kirenaikadan ibarət olub. Tripolitaniya və Kirenaika bölgələri daim bir-biriləri ilə rəqabətdə olublar. Tripolitaniyanın mərkəzi Tripoli, Kirenaikanın isə mərkəzi Benqazi şəhərləri olub. Xatırlayırsızsa, Qəddafiyə qarşı üsyan da Benqazidən başlamışdı. Rusiya və Fransanın planına uyğun, Tripoli qiyamçı Xaftar tərəfindən alınandan sonra Qəddafinin oğlu Seyf-al-İslam prezidentliyə gətiriləcək və Liviyanı Rusiya ilə Fransanın patronajı altında Xaftar idarə edəcəkdi. Bunların xain və məkrli planına uyğun olaraq niyə Xaftar deyil, Seyf-al-İslam prezident olacaqdı? Əvvəla, Liviyanın barbar tayfaları növbəti hərbçi diktatorun rəhbərliyi altına girməyəcəkdilər. Seyf isə, nə Xaftar, nə də atası Qəddafi kimi hərbçi deyil. Həm də Tripolitaniya, Kirenaikadan olan Xaftarı qəbul etməyəcəkdi. Ona görə Tripolitaniyanın qiyamçıları qəbul etməsi üçün bu bölgədən olan Seyf Qəddafi Liviyanın prezidenti gətiriləcəkdi. Bütün bu siyasi-traybalist nüanslara görə prezident Seyf Qəddafi olmalı idi. Təbii ki, bu formal prezidentlik olacaqdı. Liviyanın əsl rəhbəri Xəlifə Xaftar olacaqdı. Xaftar 1969-cu ildən Liviyanın başına keçmək istəyir, amma bu dəfə də bu arzu onun ürəyində qaldı...
Türkiyə ilə Böyük Britaniya, Rusiya ilə Fransanın Liviyadakı bu oyununu pozdular. ABŞ bu məsələdə neytral qalsa da, mövqeyi Türkiyə və B.Britaniya mövqeyinə daha yaxın idi... Əvvəllər də dediyim kimi, dünya ötən əsrlərdə olduğu kimi çox qütblüyə qayıdır. Qlobal liderləri, regional superderjavalar əvəzləyəcək. 21-ci əsrdə ilk kolonial mübahisə Suriya və Liviyada izləməkdəyik...
Balaca Azərbaycan derjavaların növbəti mübahisə yerinə çevirilməməsi üçün, Yaxın Şərq və Şimali Afrikada gedən proseslərdən nəticə, dərs çıxarmalıdır və təcili sürətdə sözdə deyil, əməldə özü regional derjava olmalıdır və bunun üçün də ilk növbədə çox tez bir zamanda ərazi bütövlüyünü təmin etməlidir!
Son olaraq qeyd edim ki, gələn məlumatlar arasında Xaftarın atəşkəs istədiyi də var.

MÜƏLLİFİN DİGƏR YAZILARI