KAMAL İLHAMOĞLU

Amerikan irqçiliyi və Avropa vəhşiliyinin xatırlatdıqları

Amerikan irqçiliyi və Avropa vəhşiliyinin xatırlatdıqları

KAMAL İLHAMOĞLU

Bir neçə gündür, Amerikada baş verən hadisələr bütün dünya mətbuatının əsas müzakirə mövzusuna çevrilib. Hər kəsə məlum olduğu kimi, ortaya ilk öncə video görüntülər çıxdı. Hadisəni əks etdirən videoda ağdərili polis zabiti Chauvinin bir neçə dəqiqə ərzində dizini həbs edilənin boğazına sıxması, qaradərili Floydun isə nəfəs ala bilmədiyini deyərək yalvarması görünür. ABŞ-ın Minnesota ştatında baş verən bu hadisə ciddi etirazlara səbəb olub. Corc Floyd adlı şəxsin vəhşicəsinə ölümündən qəzəblənmiş etirazçılar mayın 28-də gecə polis idarəsinə daxil olaraq binaya od vurublar. Minneapolisdəki iğtişaşlar barəsində reportaj hazırlayan  CNN müxbiri saxlanaraq həbs edilib. Söz azadlığı, demokratik dəyərlərin daşıyıcı olan ABŞ-da jurnalist, fəaliyyətinə görə polis tərəfindən saxlanılıb. “Plüraslist” cəmiyyət olan ABŞ-da yəqin ki bu nə ilk irqçi hadisədir, nə də son olacaq. Diqqətli oxuyuculara yəqin ki Eric Garner, Michael Brown, Akai Gurley, Tamir Rice, Breonna Taylor adları yaxşı tanışdır. Onlar da müxtəlif illərdə Amerikada polis şiddətinin qurbanı olub, öldürülmüşdülər. Hətta 17 iyul 2014-cü ildə öldürülən Eric Gamerin  də son sözləri  Corc Floydun son sözləri ilə eyni idi: “Nəfəs ala bilmirəm”. Eyni ilə Walter Scott adlı qaradərili də amerikan polisinin şiddəti nəticəsində həyatını itimişdi. Məhkəməsiz filansız. Son bir statistikanı siz oxuyucuların diqqətinə çatdırıb Amerika ilə bağlı söhbəti yekunlaşdırmaq istəyirəm. “Washington Post” qəzetinin məlumatına görə, 2015-ci ildən bu günə qədər Amerikada  hər il 1000-dən çox insan polis gülləsi ilə öldürülür. Öldürülənlərin təxminən ¼ -i qaradərili və 100-ə yaxını isə silahsız olur. Burada ABŞ-ın dünyanın digər nöqtələrində törətdikləri vəhşilikləri də yazmaq niyyətində deyiləm. Əminəm ki, ABŞ-ın Vyetnamda, İraqda, Əfqanistanda, Suriyada  və s. törətdikləri vəhşiliklərin miqyası hər birimizə gün kimi aydındır. ABŞ ilə bağlı məsələ aydındır. Bu vəhşilikləri yalnız ABŞ tarixində deyil, eləcə də dünyaya insanlıq dərsi keçmək iddasında olan digər avropalıların da həyatında görə bilərik. Misal üçün dünyanın bütün bölgələrində yaşayan qəbilələrin (yerli xalqların) hüquqlarını qorumaq üçün  fəaliyyət göstərən  “Survival” adlı təşkilat, 2000-ci ilin may ayında, yəni avropalıların Braziliyaya  gəlməsinin  500-cü ilinin tamam olması münasibəti ilə “Braziliya: mübarizə ilə keçən  500 il” adı altında Braziliya yerlilərinin torpaq mükliyyəti haqqında kampaniya başlatmışdı. Kampaniyada yerli xalqlara olan zülmün tarixcəsinə diqqət çəkilirdi. Portuqaliyalılar  Braziliyaya ilk getdiyi zaman, o  torpaqlarda beş milyon yerli əhali yaşayırdı. İşğalçılar özləri ilə bərabər xəstəliyi, köləliyi, şiddəti aparmışdılar. Bu səbəblə də yerli xalqın sayı getdikcə azalırdı. Hazırda isə yerli xalqın sayı 330 mindir. Braziliya yerliləri hələ də avropalıların bu kimi zülmlərindən siğortalanmayıblar. Avropalıların törətdikləri bəhsi keçən vəhşiliklərini mən demirəm. Robert J. Young “Postkolonyalizm: Tarixi Bir Baxış” (“Postcolonialism: An Historical Introduction”) adlı əsərində bəhs edir.  Eyni zamanda yazarın qeyd etdiyi başqa bir faktı diqqətinizə çatdırım. Britaniya hökumətinə məxsus “Britaniya Peru Amazonları” şirkətinin  Putumayo yerlilərinə zülm etməsi ilə əlaqədar iddiaları araşdıması üçün  Roger Casement adlı dövlət qulluqçusunu Braziliya Peru sərhəddinə göndərir. Casment daha öncə Afrikadakı imperyalistlərin “mədəniləşdirmə” əməliyyatlarının əksini sübut edən bir neçə hadisənin də şahidi olmuşdu. Peruda gördükləri isə onu sözün əsl mənasında dəhşətə gətirmişdi.  Casement öz qeydlərində yazırdı: “Avropalılar burada insanları öldürür, qamçılayır, vəhşi heyanvanlarmış kimi zəncirə bağlayır, evlərini yağmalayır, həyat yoldaşlarına təcavüz edir. Sözdə İspaniya və Portuqaliya  mədəniyyətinin bu insanlara  səbəbsiz yerə rəva gördüyü  bu qədər əziyyəti düşünmək insanı dəhşətə gətirir”,- deyirdi.  Roger geri qayıtdıqda, Britaniya hökumətinə  gördüyü vəhşilikləri təsdiqləyən faktlar və yazılı məlumat  təqdim etmişdi.  Bilirsiniz daha sonra nə oldu?! Xüsusi təqdimatla araşdırmaya göndərilən Roger Casement 3 avqust 1916-ci ildə vətənə xəyanət iddiası ilə edam edildi. Çünki gördüklərinin insanlığa qarşı işlənmiş cinayət olduğunu hər fürsətdə ifadə edirdi.
Üç gün öncə İstanbulun fəthinin 567-ci ili ilə əlaqədar olaraq tədbirlər keçirildi.  Buna paralel olaraq eyni zamanda fəth, yoxsa işğal mövzuları müzakirə edilməyə başlandı. Bəhsi keçən polemikalara toxunmadan yalnız onu deyə bilərəm. Tarixin hansı mərhələsinə baxsaq qərbin, yəni ABŞ-ın, avropalıların  işğalçı, yerli əhaliyə divan tutan münasibətini rahatlıqla görə bilərik. Lakin Osmanlı elə idimi?! Cənablar, hadisələri yaşanmışlıqların işığında dəyərləndirmək lazımdır.

MÜƏLLİFİN DİGƏR YAZILARI