AZƏR HÜSEYNOV

Artıq Qərb səfirlikləri önündə dilənçi payı gözləyən liberalların dövranına bir Qarabağ baltası dəydi

Artıq Qərb səfirlikləri önündə dilənçi payı gözləyən liberalların dövranına bir Qarabağ baltası dəydi

AZƏR HÜSEYNOV
İnşaAllah bu savaşda Azərbaycan ordusu Ermənistan üzərində qələbə qazanacaq. Və bu qələbə cəmiyyətimizi və xalqımızı yenidən şəkilləndirəcəkdir. Ümid edirəm ki, bu savaş xalqımızın qayıdışı olacaqdır.

Mən qayıdış dedikdə dəyərlərinə qayıdışı nəzərdə tuturam. Əsrlərdir xalqımda formalaşan dəyər anlayışları islami köklüdür. Buraya bu gün belə, məişətimizdə yaşayan anlayışlar daxildir. Əslində biz elə, o anlayışlar uğrunda savaşırıq.

Savaş sonrası cəmiyyət daxilində bütün proseslər savaşın nəticələri üzərindən qurulacaqdır. İnşaAllah Ermənistan darmadağın edildikdən sonra cəmiyyətimizdə daha əski müxalifət-iqtidar, siyasət və cəmiyyət kompazisiyaları olmayacaqdır. İnşaAllah qarşılıqlı fikri mübadilə və dinləmə mühiti formalaşacaqdır.
Çünki artıq Qərb səfirlikləri önündə dilənçi payı gözləyən liberalların dövranına bir Qarabağ baltası dəydi.

Hansı cəmiyyət seqmenti bu savaşda nə qədər iştirakçıdırsa o qədər öz fikirlərinin təbliği üçün zəmin qazanacaqdır.
Bu normal, hətta lap elə yaxşıdır.

Burada mən heç islam cəmiyyətini misal vermirəm. Misal verdiyim İsraildir. İsrail-ərəb müharibələrində ərəb dövlətlərinə qalib gəlmiş İsrailin bütün siyasi partiya və hökümətləri savaş qəhrəmanları idi.

İsraildə söz sahibi, fikir sahibi olmaq istəyən solçusu, sağçısı, sionisti hamısı gərək özünü ərəblərlə savaşda göstərərdi. Bunu nə üçün yazdım, bilirsinizmi?
Gələcəkdə cəmiyyətimizin sağlamlaşdırılmasında və onun dəyərlərinə qayıdışında iştirak etmək, söz sahibi olmaq istəyən möminlər bu amili elə belə bilməyin. Bu savaş əslində elə bizim savaşdır. Çünki dəfələrlə qeyd etdiyim kimi Ermənistan xaçlı ittifaqının tarixi maşasıdır.

İndi ey möminlər, ona görə bütün fiziki, maddi, mənəvi, maliyyə və digər imkanlarımızla bu savaşda fəal olmağımız lazımdır. İnşaAllah müharibə sonrası ölkəmizdə mədəni bir ictimai-siyasi mühit yaranacağı şübhəsizdir. Ona görə də, bütün yaranan şanslardan yaxşı mənada istifadə etmək lazımdır.

Bu ölkənin insanı tarixi proseslər nəticəsində islami dəyərlərindən uzaqlaşdırıldı. XIX əsrdən bu iş sistemli bir hal aldı. Oyanış və diriliş üçün isə hər forma əqidədən istifadə etdik. Amma bu gün görürük ki, bütün bu əqidələr imperializmin və ifrat-sekulyarizmin məhsuludur. Diriliş və oyanış, izzət və yüksəliş islamdadır və islamladır. Bunun ilk addımlarının səsi Qarabağı azad edən bir sıra igidlərimizin nəfəsi ilə gəlir.

Allah ordumuzu Ermənistan və ermənilik üzərində qalib etsin. Əsgər balaları və zabit-gizir heyətini qorusun. Məmləkətimizi islamın izzəti ilə izzətləndirsin. Amin

Azər Hüseynov
Tarixçi yazar. Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti

MÜƏLLİFİN DİGƏR YAZILARI